Kuleba xüsusi tribunalın təşkili üçün çağırış edib

2022/03/1fbeb-1646909489.jpg
Oxunub: 348     12:45     07 Sentyabr 2022    
Ukrayna xarici işlər naziri Dmitri Kuleba müharibə cinayətləri ilə bağlı xüsusi tribunalın təşkili barədə çağırış edib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı "Twitter"də bildirib.

“Putin açıq şəkildə Ukraynaya qarşı təcavüz cinayətini etiraf etdi: “Biz bunu şüurlu şəkildə etdik”. Mən bir daha bütün dövlətlərə səslənirəm: Ukraynaya qarşı təcavüz cinayəti üzrə xüsusi tribunalın yaradılmasını dəstəkləyin. Cinayət göz qabağındadır. Ədalət təmin olunmalıdır”, - Kuleba vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kuleba   Ukrayna  


Bizi "telegram"da izləyin