BAEA Zaporojye AES-ə səfərin yekunlarına dair hesabat dərc edib

2022/08/1660980864.jpg
Oxunub: 445     00:00     07 Sentyabr 2022    
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasında nüvə təhlükəsizliyi və mühafizə zonasının yaradılması üzrə təcili məsləhətləşmələrə başlamağa hazırdır.

Ordu.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə BAEA-nın səfərin yekunlarına dair dərc etdiyi hesabatında deyilir.

“Stansiyada vəziyyət elədir ki, hərbi əməliyyatlar nəticəsində dəyən ziyan nəticəsində baş verə biləcək nüvə qəzasının qarşısının alınması üçün təcili müvəqqəti tədbirlərə ehtiyac var. Qəzanın qarşısını təcili olaraq nüvə təhlükəsizliyi və mühafizə zonasının yaradılması ilə almaq olar”, - sənəddə deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BAEA   Zaparojye  


Bizi "telegram"da izləyin