ADEX: Azərbaycan HDQ-nin ehtiyacları üçün STM-MPAC hərbi kateri layihələndirilib

2022/09/1662480906.jpg
Oxunub: 1181     20:00     06 Sentyabr 2022    
Türkiyənin STM ("Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ") müdafiə şirkəti Azərbaycan Silahlı Qüvvələrinin ehtiyacları üçün STM-MPAC hərbi katerinin layihəsini hazırlayıb.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, STM bu məhsulu Bakıda keçirilən 4-cü Beynəlxalq Müdafiə Sərgisində (ADEX-2022) təqdim edib.

STM məhsul xəttinə, həmçinin “STM500” kiçikölçülü sualtı qayıq, MİLGEM freqatı, TOGAN və KARGU kvadrokopterləri və ALPAGU kamikadze PUA-sı daxildir.

STM-in baş direktoru Özgür Gülərüz jurnalistlərə açıqlamasında qardaş ölkədə olmaqdan məmnunluğunu bildirib. Onun sözlərinə görə, şirkət nümayəndələri ADEX-2022 sərgisində öz məhsullarının, xüsusən də KARGU, ALPAGU və TOGAN PUA-larının xüsusiyyətləri və üstünlükləri barədə məlumat verəcəklər.

O, STM-in Azərbaycanla sıx əməkdaşlıq etdiyini və STM-MPAC hərbi katerini Azərbaycan Silahlı Qüvvələrinin ehtiyacları üçün layihələndirdiklərini vurğulayıb.

“Kateri azərbaycanlı qardaşlarımızın ehtiyaclarına uyğun şəkildə hazırlamışıq. Qayıq tamamilə onların tələblərinə uyğun hazırlanıb”, - o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: STM   Kater   STM-MPAC   ADEX  


Bizi "telegram"da izləyin