Ordu.az xəbər verir ki, təlimdə İsrail Raketdən Müdafiə Təşkilatı və ABŞ Raketdən Müdafiə Agentliyi iştirak edib.
Hərbçilər "Elbit" şirkətinin döyüş laboratoriyasında birgə simulyasiya təlimi həyata keçirib. Təlimlərdə ballistik raketdən müdafiə simulyasiya edilib.
Birgə simulyasiya təlimi əsgərlərin taktika, texnika və prosedurlar üzrə səriştə səviyyəsini yüksəltmək və qüvvələr arasında koordinasiyanı gücləndirmək məqsədilə ölkələrin silahlı qüvvələri arasında mükəmməl əməkdaşlıq ənənəsini davam etdirir.
Simulyasiya təlimi zamanı İsrail qüvvələri "Arrow", "David's Sling" və "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemlərindən istifadə edib. Amerika qüvvələri "Patriot", "Aegis" və THAAD sistemlərini idarə edib.
Sevinc Əliyeva
Ordu.az