Almaniya və İspaniya şirkətləri hipersəs raketinə qarşı müdafiə sistemləri hazırlayacaq

2022/09/1662440597.jpg
Oxunub: 428     15:56     30 Sentyabr 2022    
Almaniya və İspaniya şirkətləri hipersəs raketinə qarşı müdafiə sistemləri hazırlamaq niyyətindədir.

Ordu.az xəbər verir ki, layihə Avropa Müdafiə Fondunun sponsorluğu ilə həyata keçirilir.

Almaniyanın “Diehl Defence” şirkəti və İspaniyanın “SENER Aeroespacial” şirkəti Avropa Hipersəs Müdafiə (EU HYDEF) proqramını koordinasiya edir.

Şirkətlər proqramın sonunda nümayiş etdirmək üçün HYDEF adlı prototipin hazırlanması üzərində işləyəcəklər.

Avropa Komissiyası avqust ayında konsepsiya mərhələsi üçün 100 milyon avro (102 milyon dollar) təsdiqləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   İspaniya  


Bizi "telegram"da izləyin