“Laçının əldə edilməsi əldə edilən uğurları reallığa çevirir” - Areşev

2022/09/xcvxc-1662408943.jpg
Oxunub: 476     11:54     07 Sentyabr 2022    
“Laçın dəhlizinin Azərbaycan qoşunları tərəfindən ələ keçirilməsi (azad edilməsi – red.) Bakının fəal siyasətinin davamıdır və bu, ikinci Qarabağ müharibəsi zamanı əldə edilən uğurları reallığa çevirir”.

Ordu.az xəbər verir ki, bunu rus politoloq, “Kavkazoved.info” saytının baş redaktoru Andrey Araşev deyib.

O qeyd eib ki, Laçın, Zabux və Susun təhvil verilməsi ilə bağlı bir çox fərziyyələr var.

“Fərziyyələrdən birinə görə, qeyd olunan ərazilərin vaxtından əvvəl təhvil verilməsi Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında bəzi şəxsi şifahi razılaşmaların nəticəsidir. Ən azından bəzi “Telegram” kanallarında belə bir fərziyyə ifadə edilir və bu, inandırıcı şəkildə təkzib olunmur.

Amma hər halda biz Rusiya, Azərbaycan və Ermənistan arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli sazişlərin mərhələləri ilə həyata keçirilməsindən danışmalıyıq. Burada alternativ yolun tikintisinə üç il vaxt ayrıldığından bütün məsələ zaman məsələsidir. Amma gördüyümüz kimi, Azərbaycan ardıcıl siyasət yürüdür, əvvəldən bu məsələnin tez bir zamanda həll olunmasını təkid edir və üç il əvəzinə bir il yarımda öz ərazisində yolu “staxanov üslubu”nda tikir. Bu arada, görünür, erməni tərəfi hansısa yolla həmin mərhələnin başlanğıcını təxirə salmağa ümid edirdi. Laçın rayonunda biz avqustun əvvəlində eskalasiyanın şahidi olduq. O zaman Azərbaycan bundan sonra da üstünlüklərdən, o cümlədən hərbi və siyasi üstünlüklərdən tam istifadə edəcəyini açıqladı”, - deyə Areşev vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Laçın   Azərbaycan  


Bizi "telegram"da izləyin