Podolyak Krım əhalisini yarımadada müharibəyə hazır olmağa çağırıb

2022/03/62221-1646401688.jpg
Oxunub: 514     16:49     05 Sentyabr 2022    
Ukrayna Prezident Ofisi Krım yarımadasının əhalisinə müraciət edib.

Ordu.az xəbər verir ki, bu barədə qurum rəhbərinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.

O bildirib ki, Krım sakinləri yarımadanın işğaldan azad olunmasına hazır olmalıdır: “Biz işğal olunmuş ərazilərin, o cümlədən Krım yarımadasının əhalisinin işğaldan azad olunma zamanı rəsmi orqanların tövsiyələrinə əməl etmələrini xahiş edirik. İndidən sığınacaq, yetərincə su ehtiyatını təmin etmək lazımdır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin