Ordu.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Müqavilə çərçivəsində 4600-dən çox termal silah nişangahı döyüş tapşırıqlarını dəstəkləmək üçün İsveçə göndəriləcək.
Şirkətin məlumatına görə, onun elektro-optik infraqırmızı (EOIR) sistemlər bölməsi müqavilənin alındığı gündən sonra 30 gün ərzində Avropa ölkəsinə artıq 1100-dən çox silah nişangahı təhvil verib.
Termal silah nişangahları təhlükəli tapşırıqlarda əsgərlərin sağ qalma qabiliyyətini və ölümcüllüyünü əhəmiyyətli dərəcədə artırır.
Sevinc Əliyeva
Ordu.az