ABŞ sualtı gəmi əleyhinə freqat inşa edəcək

2022/09/1663848301.jpg
Oxunub: 399     16:14     22 Sentyabr 2022    
ABŞ Hərbi Dəniz Qüvvələri üçün “Fincantieri Marinette” şirkəti sualtı gəmi əleyhinə freqat inşa edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Defence Post” nəşri məlumat yayıb.

“Constellation” sinfinə məxsus freqatın ilk gəmisinin 2026-cı ildə Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi planlaşdırılır. Gəmi “Aegis Baseline 10” döyüş məlumat idarəetmə sisteminə malik olacaq.

FREMM tipli freqatlar sualtı qayıq və hava hücumundan müdafiə üçün nəzərdə tutulub. Gəmi artilleriya qurğuları, gəmi əleyhinə və zenit sistemləri daşıyır.

Həmin freqatlar yeni pərlərə və Mk 41 şaquli buraxılış qurğusuna malik olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Sualtı-gəmi  


Bizi "telegram"da izləyin