“Kommersant”: Ermənistan yeni geri çəkilməyə hazırlaşır

2022/08/1661950248.jpg
Oxunub: 1239     20:24     31 Avqust 2022    
Rusiyanın “Kommersant” nəşrində “Ermənistan yeni geri çəkilməyə hazırlaşır” başlıqlı məqalə dərc olunub.

Müəllif yazır ki, avqustun 23-də Ermənistan “müstəqillik bəyannaməsi”nin qəbul edilməsinin növbəti ildönümünü qeyd edib. Lakin Nikol Paşinyanın təbrik mesajında belə matəm əhval-ruhiyyəsi hiss olunurdu. “Hökumət Ermənistan Respublikasının müstəqilliyi uğrunda hər gün mübarizə aparır. Müstəqillik bizim üçün təhlükəsizlikdir, lakin təhlükəsizliyi təmin etmək üçün yaradılmış beynəlxalq strukturlar gözümüzün qabağında çökür”, - deyə Paşinyan faktiki olaraq mövcudluğunu dayandırmış ATƏT-in Minsk Qrupunu açıq şəkildə ifadə edib.

Rusiyaya qarşı dolayı yolla, təmkinli tənqidlər də səslənib. “Müstəqillik bizim üçün güclü müttəfiqlik münasibətidir. Lakin müttəfiqlər həmişə təkcə bizim deyil, həm də bizə qarşı çıxanların da müttəfiqi olur”, - deyə Nikol Paşinyan bildirib.

Atmosfer açıq şəkildə bayram tipli deyildi. Azərbaycan qoşunları bir həftə ərzində Laçının dəhlizindəki üç yaşayış məntəqəsinə, yəni Laçın şəhərinin özünə, həmçinin Zabux və Sus kəndlərinə nəzarəti bərpa edib. Bunun qaçılmaz olması hələ iyul ayında hakimiyyət tərəfindən qəbul edilmişdi, lakin avqustun əvvəllərində qısa eskalasiyadan sonra konkret tarix təyin olundu.

Ermənistanın “Telegram” kanallarında yayılan videogörüntülərə əsasən, rəsmilər erməni sakinlərin küçəyə çıxıb evlərini yandırmasının qarşısını almağa çalışıb, hətta qabaqcadan bir neçə Azərbaycana məxsus yanğınsöndürən maşını Laçın dəhlizinə gəlib. 2020-2021-ci ilin qışında ermənilər Ağdam və Kəlbəcər rayonlarını tərk edərkən evlərin yandırılması adi hal alıb. Məlumata görə, həmin yanğınlardan biri Ermənistandan Xankəndinə gedən elektrik xəttini zədələyib. Bundan başqa, naməlum şəxslər Zabux kəndi ərazisindən keçən fiber optik kabeli oğurlayıblar.

Azərbaycanlı politoloq Fərhad Məmmədov “kommersant.ru”ya açıqlamasında deyib : “Əgər doğrudan da Zabux sakinləri yeni evlər tikiblərsə, deməli, azərbaycanlılardan sonra qalan evlərdə ermənilər yaşayırdılar. Nəhayət, evlərlə yanaşı, meşələr də kəsilir və bu, artıq Azərbaycan ərazisində qeyri-qanuni iqtisadi fəaliyyətdir”.

Yeni yaşayış məntəqələrinin qaçılmaz olaraq Azərbaycana verilməsi erməni müxalifətinə özünü təsdiq etmək imkanı verib. Müxalifətçi Edqar Qazaryan Respublika meydanında 2,5 minə yaxın insanın iştirak etdiyi mitinq çağırıb.

“Bu hərəkatın əsas məqsədi Nikol Paşinyanın istefasıdır, onun hakimiyyətinin hər günü ümidsizliyi gücləndirmək üçün bir yoldur”, - deyə Edqar Qazaryan jurnalistlərlə söhbətində deyib. O bildirib ki, Paşinyanın istefaya göndərilməsinin üç yolu var: istefa, hüquq-mühafizə orqanlarının hərəkətləri, parlament vasitəsilə vəzifədən azad edilməsi. Lakin çox güman ki, hətta Edqar Qazaryanın həmkarları da həmin məqsədin reallaşacağına tam inanmırlar.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası parlamentə keçirilən seçkilərdə yenidən qalib gəlib və bu, onun baş nazir postuna qayıdışını təmin edib. Rəqiblər onun qələbəsini mübahisə etməyiblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ  


Bizi "telegram"da izləyin