Almaniya və Ukrayna XİN başçıları Praqada görüşüb

2022/08/630f1-1661940160.jpg
Oxunub: 409     12:45     31 Avqust 2022    
Almaniya xarici işlər naziri Annalena Berbok və Ukrayna xarici işlər naziri Dmitri Kuleba Praqada görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı "Twitter"də bildirib.

Onun sözlərinə görə, görüşdə Aİ-nin Rusiyaya qarşı səkkizinci sanksiya paketi, ruslar üçün viza qadağası və Ukraynaya əlavə silah tədarükü müzakirə olunub.

"Rusiyanın enerji ilə bağlı şantajı onun Avropaya qarşı müharibəsinin bir hissəsidir və ona güclü və vahid Avropa cavabı verilməlidir", Kuleba vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin