Ordu.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Paketə modernləşdirilmiş radiolar, dəyişən hündürlüyə malik antenalar və kiçik peyk terminalları daxildir. Qeyd olunan sistemlər hərbçilərə təhlükəsiz şəbəkələrə daxil olmağa imkan verir.
Sistemlərin əsgərlərin hərəkətliliyini artıracağı və döyüş meydanında rabitəni daha intuitiv edəcəyi gözlənilir.
2-ci Piyada Briqadasının Döyüş Komandası, 11-ci Hava Desant Diviziyası yeni texnika ilə bağlı təlimlərə başlayıb. Təlim başa çatdıqdan sonra birlik Sakit okeanda gələcək təlimlər zamanı “Capability Set 21” sistemindən istifadə edəcək.
Alyaskada taktiki şəbəkənin təkmilləşdirilməsi ABŞ-ın Çin və Rusiya kimi düşmənlərin artan təhdidləri fonunda Arktika regionunda öz imkanlarını gücləndirməyə davam etdiyi bir vaxta təsadüf edir.
Sevinc Əliyeva
Ordu.az