“Laçın, Sus və Zabux Qarabağda erməniləşdirilmiş torpaqların son parçaları idi” - Voskanyan

2020/09/Varda-1600251944.jpg
Oxunub: 584     09:21     01 Sentyabr 2022    
“Daha bir iyrənc milli utanc və alçaldıcı hərəkət sona çatdı, amma bu, tənəzzülün sonu oldu”.

Ordu.az xəbər verir ki, bunu iranşünas erməni ekspert Vardan Voskanyan “Telegram” kanalında yazıb.

O qeyd edib ki, Laçın, Sus və Zabux Qarabağda erməniləşdirilmiş torpaqların son parçaları idi.

“Əgər biz bir millət və dövlət olaraq bu cəhənnəm rüsvayçılıq uçurumunun dibinə qədəm qoysaq, özümüzə plan qurmasaq, vətənsiz qalmaq təhlükəsi ilə üz-üzə qalan ermənilərin gələcək nəsilləri bizi söyəcək”, - deyə Voskanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Laçın   Zabux  


Bizi "telegram"da izləyin