ABŞ donanmasına növbəti “Overlord” insansız gəmisi təhvil verilib

2022/08/Y3CQS-1661844157.jpg
Oxunub: 595     10:51     31 Avqust 2022    
ABŞ Hərbi Dəniz Qüvvələrinə üçüncü “Overlord” insansız dəniz platforması təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə “Defense News” nəşri məlumat yayıb.

“Leidos” şirkəti tərəfindən icra edilən layihə çərçivəsində Luiziana ştatında yerləşən “Gulf Craft” tərəfindən inşa edilən “Mariner” adlı insansız platforma artıq ABŞ donanmasının istifadəsinə təqdim edilib.

Platforma komanda-nəzarət sistemi, virtuallaşdırılmış “Aegis” döyüş sistemi, avtonom naviqasiya sistemi və s. ilə təchiz olunub. Daha bir neçə təkmilləşdirmə və sınaqdan sonra gəmi 2023-cü maliyyə ilində fəaliyyətə başlayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mariner   ABŞ  


Bizi "telegram"da izləyin