Ordu.az xəbər verir ki, İsrailin “Haaretz” nəşri bu ölkənin İtaliya olduğunu bildirib.
Qeyd olunur ki, tərəflər arasında 230 milyon dollarlıq müqavilə imzalanıb. Şirkətin rəsmiləri ötən il İtaliya Müdafiə Nazirliyinin nümayəndələri ilə görüşüblər.
Müqavilə 2022-ci ilin martında imzalanıb və İtaliya Müdafiə Nazirliyinin reyestrində ümumi məbləğ 209 milyon avro (230 milyon dollar) olaraq dərc edilib.
Xatırladaq ki, İsrail və İtaliya arasında müdafiə sənayesi əlaqələri var. İsrail Hərbi Hava Qüvvələri “Leonardo” şirkətindən orduda “Lavi” ləqəbi ilə tanınan onlarla təlim təyyarəsi alıb.
Sevinc Əliyeva
Ordu.az