Ordu.az-ın xəbərinə görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Biz AEBA-nın missiyasının Zaporojye AES-ə səfərini dəstəkləyirik. Rusiya müstəqil ekspertlərin AES-ə maneəsiz girişini təmin etməlidir. Hesab edirik ki, Rusiya Federasiyası stansiya ətrafında demilitarizasiya zonası yaradılmasına razılıq verməlidir. Nüvə reaktorlarının nəzarətli şəkildə dayandırılması da qısamüddətli planda ən az riskli variant olardı” – deyə Kirbi bildirib.
Ordu.az