Kuleba: "Heç bir ölkə Rusiyaya güzəştə getmək üçün Ukraynaya təzyiq göstərmir"

2022/06/62a0c-1654707945.jpg
Oxunub: 420     13:45     29 Avqust 2022    
"Heç bir ölkə Ukraynaya Rusiya ilə danışıqlar və ya bu ölkəyə güzəştə getmək üçün təzyiq göstərmir".

Ordu.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Stokholmda İsveç Baş naziri və xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Hazırda Avropada da da anlayırlar ki, Rusiya danışıqlarda maraqlı deyil və sülh axtarmır, buna görə də biz həmrəy olmalıyıq. Biz Rusiyaya hər hansı güzəştə getmək və ya danışıqlarla bağlı Avropadakı və ya dünyadakı hər hansı dövlət tərəfindən təzyiq altında deyilik. İndi hədəf nöqtəsi tamamilə fərqlidir, əsas hədəf bütün səylərin və resursların Ukraynaya kömək etmək üçün səfərbər olunmasıdır", Ukrayna XİN başçısı vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin