Kuleba: "2014-cü ildə Krımda başlayan müharibə bu yarımadanın azad edilməsi ilə bitəcək"

2022/03/1fbeb-1646909489.jpg
Oxunub: 441     13:12     29 Avqust 2022    
"Döyüş meydanındakı faktiki vəziyyət nə olursa olsun, biz heç vaxt unutmamalıyıq ki, Krımda 2014-cü ildə başlayan müharibə bu yarımadanın azad edilməsi ilə Krımda bitəcək".

Ordu.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Stokholmda İsveçin Baş naziri və xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Prezident Zelenskinin də dediyi kimi Prezident Putin bütün Avropaya müharibə elan edib. Sadəcə fərq ondadır ki, Rusiya Ukraynanın raketlərlə, tanklarla vurur Avropanı isə artan qiymətlər, enerjini silah kim isitifadə edərək zərbə vurur. Biz bu mübarizədə eyni yoldayıq, Avropanı müdafiə edirik, onun nsülh stabillik layihəsindən qeyri-sanbitlik müharibə layihəsinə çevrilməsinin qarşısını almağa çalışırıq."

Ukrayna xarici işlər naziri tərəfdaşları onun ölkəsinə hərbi yardımı davam etdirməyə çağırıb.

"Qəribə səslənə bilər ancaq bu gün Ukraynalıların, mülki əhalinin həyatını xilas etmək üçün, şəhərlərimizi, kəndlərimizi qorumaq üçn yeganə yol Ukraynanı silahlandırmaqdır çünki belə olan halda biz özümüzü müdafiə edə biləcəyik, Rusiya ordusuna cavab verəcəyik".

Nazir Kuleba deyib ki, Rusiya qüvvələri artilleriya sahəsində daha güclüdür və əgər Ukrayna Rusiyanın artilleriya qüvvələrinə zərbələr endirsə, bu müharibənin gedişini dəyişəcək

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin