ABŞ Avstraliyanın MQ-28 “Ghost Bat” PUA-larını almağı düşünür

2022/08/1661590675.jpg
Oxunub: 689     15:31     03 Sentyabr 2022    
ABŞ “Next Generation Air Dominance” (NGAD – Gələcək nəsil hava üstünlüyü) proqramı üçün Avstraliya istehsalı olan MQ-28 “Ghost Bat” PUA-larını almağı düşünür.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frank Kendall “Breaking Defence” nəşrinə açıqlamasında bildirib.

O qeyd edib ki, ölkələr “Boeing Defense Australia” tərəfindən istehsal edilən PUA-ların alınması ilə bağlı müzakirələr aparır.

“Düşünürəm ki, birgə işləməkdə qarşılıqlı maraq çoxdur. Biz yaxın bir neçə həftə ərzində təfərrüatları nəzərdən keçirəcəyik”, - deyə Kendall bildirib.

Avstraliya hökuməti 2021-ci ildə alınan 6 PUA-dan əlavə, yaxın iki-üç il ərzində 7 ədəd “Ghost Bat” PUA-larının alınması üçün 600 milyon dollar büdcə ayırıb.

PUA ilk uçuşunu 2021-ci ilin fevralında həyata keçirib və üçü Avstraliya Hərbi Hava Qüvvələrinə daxil olmanın müxtəlif mərhələlərindədir.

Avstraliyanın Hərbi Hava Qüvvələri platformanı hava döyüşü, kəşfiyyat və müşahidə missiyalarında F-35A, F/A-18F “Super Hornet” və EA-18G “Growler” təyyarələri kimi pilotlu aviasiya ilə tandemdə uçurmaq niyyətindədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   ABŞ  


Bizi "telegram"da izləyin