ABŞ HHQ-nin ən yeni MH-139A helikopteri sınaqlara başlayır

2022/08/1661421302.jpg
Oxunub: 496     17:01     19 Sentyabr 2022    
ABŞ Hərbi Hava Qüvvələrinin yeni MH-139A “Grey Wolf” helikopteri sınaqlara başlayır.

Ordu.az xəbər verir ki, bu barədə “The Defense Post” nəşri yazıb.

Bildirilir ki, Federal Aviasiya Administrasiyası helikopter üçün müvafiq icazəni verib. İcazə ABŞ Hərbi Hava Qüvvələrinə helikopterin kritik hərbi imkanlarını qiymətləndirməyə və istifadə edilməzdən əvvəl lazım olan növbəti mərhələyə keçməyə imkan verir.

MH-139A hava qüvvələrinin UH-1N helikopter parkını əvəz edəcək və sürət, məsafə, dözümlülük, faydalı yük və sağ qalma qabiliyyəti baxımından əhəmiyyətli artım təklif edəcəyi gözlənilir.

MH-139A “Grey Wolf” “Boeing” və “Leonardo” şirkətləri tərəfindən birgə hazırlanmış AW139 helikopterinin hərbiləşdirilmiş versiyasıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ  


Bizi "telegram"da izləyin