Avstraliya donanmasının raket esminesi PUA-lara qarşı qabiliyyətini sınaqdan keçirib

2022/08/1661421204.jpg
Oxunub: 488     16:39     26 Avqust 2022    
Avstraliya Hərbi Dəniz Qüvvələrinin “HMAS Sydney” raket esminesi PUA-lara qarşı qabiliyyətini sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, sınaqlar “Sakit Okean Əjdahası 2022” təlimləri çərçivəsində baş tutub.

Gəmidən “Evolved Sea Sparrow” raketi buraxılıb və PUA uğurla zərərsizləşdirilib.

Sınaqlar zamanı esminesin “Aegis” döyüş sisteminin və hava hücumundan müdafiə platformasının yüksək sürətli hədəfləri necə izləyə biləcəyi nümayiş etdirilib.

Təlim avqustun 5-dən 15-dək Havay adalarının Kauai sahillərində keçirilib.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   PUA  


Bizi "telegram"da izləyin