ABŞ HDQ üçün orta ölçülü insansız sualtı platforma inşa ediləcək

2022/08/US-Na-1661337843.jpg
Oxunub: 687     20:39     24 Sentyabr 2022    
ABŞ Dəniz Donanması Sistemləri Komandanlığı orta ölçülü insansız sualtı platformarın inşa edilməsi üçün “Leidos” şirkəti ilə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

İnsansız sualtı platformalar okeanoqrafik zondlama və məlumatların toplanması vasitəsilə ABŞ Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat hazırlığını dəstəkləyəcək. Bu funksiyalarla yanaşı, gəmi həm də minatəmizləmə əməliyyatlarında istifadə ediləcək.

Sistemlərin inkişafı Vaşinqton ştatının Linvud şəhərindəki “Leidos “müəssisəsində həyata keçiriləcək. Sövdələşmə təxminən 358 milyon dollar təşkil edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Donanma  


Bizi "telegram"da izləyin