BAEA missiyası bir neçə günə Zaporojye AES-ə baş çəkə bilər

2022/08/1660980864.jpg
Oxunub: 433     05:55     24 Avqust 2022    
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) missiyası bir neçə gün ərzində Zaporojye AES-ə baş çəkə bilər.

Ordu.az xəbər verir ki, bu barədə agentliyin baş direktoru Rafael Qrossinin bəyanatında deyilir.

"Mən Ukraynada münaqişə tərəfləri ilə aktiv və intensiv məsləhətləşmələri davam etdirirəm ki, bu mühüm missiya daha da gecikmədən baş tutsun. BAEA-nın mövcudluğu ərazidə nüvə təhlükəsizliyi ilə bağlı vəziyyəti sabitləşdirməyə və Avropada ciddi nüvə qəzası riskini azaltmağa kömək edəcək. Danışıqlar uğurlu olarsa, missiyanın yaxın bir neçə gündə baş tutacağı gözlənilir”, - Qrossi bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaporojye   MAQATE  


Bizi "telegram"da izləyin