Somali Prezidenti "Aş-Şabab"a qarşı müharibə elan edib

2020/04/thumb-1586581324.jpg
Oxunub: 6003     05:25     24 Avqust 2022    
Somali Prezidenti Həsən Şeyx Mahmud "Aş-Şabab" terror qruplaşmasına qarşı müharibə elan edib.

Ordu.az xəbər verir ki, bu barədə EFE informasiya agentliyi məlumat yayıb.

Dövlət başçısı xalqdan terror qruplaşmasına qarşı əməliyyatlara dəstək verməsini istəyib.

Qeyd edək ki, avqustun 19-da axşam saatlarında terrorçular “Həyat” otelində partlayışlar törədib, insanları 30 saata yaxın orada girovluqda saxlayıblar. Hadisə nəticəsində azı 21 nəfər ölüb, 117 nəfər yaralanıb. Otelin binasına ciddi ziyan dəyib. Hücuma görə məsuliyyəti "Aş-Şabab" qruplaşması üzərinə götürüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SOmali   Terror  


Bizi "telegram"da izləyin