Ordu.az xəbər verir ki, bu barədə “Janes” nəşri yazıb.
Strategiya Avstraliya Ordusunun Robotik və Avtonom Sistemlərin Tətbiq və Koordinasiya Ofisi (RICO) tərəfindən hazırlanıb.
Sənəd Avstraliya ordusunun döyüş meydanında “əməliyyat üstünlüyü əldə etməsi” üçün nəzərdə tutulub.
Avstraliya ordusunun baş qərargah rəisi general-leytenant Saymon Stüart strategiyanın ön sözünü yazıb. O qeyd edir ki, avtonom sistemlərin imkanlarından istifadə ordunun məşq etmə və döyüşmə üsulunu təkmilləşdirməyə kömək edəcək, tempi artırmağa, qərar qəbul etməyə və riski azaltmağa imkan verəcək”.
“Bu, öz növbəsində komandirlərə gələcək əməliyyat mühitində bəzi ən təhlükəli vəzifələrdə rəqabət üstünlüyünə nail olmaqda yeni imkanlar verəcək”, - deyə o qeyd edib.
Strategiya “yüksək sürətli məlumat təhlili və paylanması” vasitəsilə ordunun situasiya şüurunu, sağ qalma qabiliyyətini və ölümcüllüyünü artıracaq.
Sevinc Əliyeva
Ordu.az