“Moskva bizimlə girov kimi danışır” - Sakunts

2019/03/arthu-1553847984.jpg
Oxunub: 554     13:13     24 Avqust 2022    
“Kopirkin kimdir ki, bizim daxili işlərimizə qarışsın? Kopırkin Kremlin göstərişi olmadan hərəkət edə bilməzdi, bu, Kremlin bəyanatıdır”.

Ordu.az xəbər veruir ki, bunu Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri, erəni hüquq müdafiəçisi Artur Sakunts deyib.

O qeyd edib ki, “Surmalu” Kreml üçün sadəcə bir fürsət idi, o bəyanat başqa məsələlərlə bağlı idi.

“Moskva bizimlə girov kimi danışır. Moskva başımızın üstündə asılmış “Damokl qılıncı”dır. Hara kimi belə gedəcəyik? Bu nə deməkdir? XİN-in cəsarəti çatmır ki, Rusiya səfirini çağırsın? Ermənistan Putin rejiminin hədəfinə çevriləndə hökumətin təslim olmaq üçün atacağı addım nə olacaq?”, - deyə Sakunts bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin