Somalidə hotelə hücum zamanı 20 nəfər ölüb

2022/08/1661059481.jpg
Oxunub: 3758     05:00     21 Avqust 2022    
Somalinin paytaxtı Moqadişoda hotelə hücum olub.

Ordu.az-ın “Associated Press“ə istinadən verdiyi məlumata görə, silahlı şəxslərlə təhlükəsizlik qüvvələri arasında bir neçə saat atışma baş verib.

Hadisə nəticəsində 20 nəfər ölüb.

Ölənlərin çoxunun mülki şəxslər olduğu güman edilir.

Hücum zamanı 40-a yaxın insan xəsarət alıb, onlardan 5 nəfərinin vəziyyəti ağırdır.

ABŞ-ın Somalidəki səfirliyi “Twitter“ səhifəsində hücumu qətiyyətlə pislədiyini bildirib. Səfirlik həlak olanların ailələrinə başsağlığ verib, hücumu törədənlərin dərhal məsuliyyətə cəlb olunmasını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Somali   Hücum  


Bizi "telegram"da izləyin