Azərbaycan Laçında yeni marşruta bitişik ərazilərdə nələr yaradıb? – İrəvanda narahatdırlar

2022/08/image-1660980748.jpg
Oxunub: 1261     12:14     22 Avqust 2022    
Avqustun 25-də Laçın şəhəri, Laçın rayonunun Zabux və Sus kəndləri Azərbaycana qaytarılacaq. Bununla yanaşı Laçın dəhlizi də Azərbaycanın nəzarəti altına düşəcək.

"Hraparak” nəşrində dərc olunan məqalədə deyilir ki, ermənilərə təklif olunan yeni yol ilə bağlı yazılı sənəd olmamasına baxmayaraq, Ermənistanın hakimiyyət orqanları yeni yolun əvvəlki yol kimi eyni dəhliz məntiqi ilə istifadə ediləcəyi barədə bəyanatlar veriblər.

“Gəlin yeni yolun dəhliz məntiqi ilə bağlı deyilənlərə inanmağa çalışaq və onları yoxlamaq üçün xəritənin köməyinə müraciət edək. Müharibədən sonra azərbaycanlıların həmin yola bitişik ərazilərdə nələr yaratması insanı o açıqlamalara şübhə ilə yanaşmağa vadar edir, çünki çoxlu suallar yaranır.

“Google Earth” xəritələrindən istifadə etməklə hazırlanmış bu videoda siz azərbaycanlıların çəkdiyi yeni yolun yerini və Azərbaycanın yeni yolu bizə dəhliz kimi təhvil vermək fikrində olmadığını sübut edən bir sıra mühüm faktları görə bilərsiniz.

Məlum olur ki, azərbaycanlılar “yeni marşrut” deyilən yoldan başqa, həmin yola paralel, müxtəlif hissələrdə “yeni marşrut”la kəsişən başqa yollar da çəkirlər və bunun hansı məqsədlə çəkildiyi bilinmir. Azərbaycan mediası artıq bu yolun həm də Kəlbəcəri Zəngilana birləşdirən yeni yol ilə kəsişəcəyini, ilkin məlumatlara görə, yeni tikilən körpü hissəsindən keçəcəyini bildirir.

Bundan başqa, xəritələrin tədqiqindən aydın olur ki, Azərbaycan həmin “yeni marşrut”a bitişik ərazidə, düz Ermənistan sərhəddində, yoldan cəmi 200-300 metr aralıda yeni binalar tikib. Eləcə də yolun bitişik hissələrində 2 km-ə qədər məsafədə Azərbaycan mövqelərinə çox oxşar olan müəyyən tikililər görünür.

Bütün bunlar “yeni marşrut”la bağlı anons verənlərə ünvanlanmalı olan müxtəlif suallar yarada bilər. Məsələn, bu binalar nədir və hansı məqsədlə tikilib və niyə məhz Ermənistan sərhədinə bitişik ərazidə, gömrük idarəsi üçün nəzərdə tutulub, yoxsa yox? Azərbaycan həmin ərazidə döyüş mövqeləri yerləşdiribmi və əgər varsa, həmin mövqelər orada qalacaq, yoxsa qalmayacaq? Həmin yolun fasiləsiz və maneəsiz fəaliyyəti necə sığortalanacaq, yolun təhlükəsizliyi necə təmin olunacaq, dəhliz üçün nəzərdə tutulan eni 2,5 km olan ərazidə Azərbaycan döyüş mövqeləri quracaq? Əgər yolun bitişik hissələrində binalar tikibsə və tikirsə, dəhlizin məntiqi nədir?

Daha bir müşahidə. Azərbaycan mətbuatı bir neçə ay əvvəl Laçın rayonunda yeni hərbi hissələrin tikildiyini yazmışdı”, - deyə nəşr bildirib.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Laçın   Ermənistan   Kəlbəcər  


Bizi "telegram"da izləyin