Zelenski Quterreşə əsirlərlə bağlı müraciət edib

2022/08/dfgdf-1660850217.jpg
Oxunub: 398     23:07     18 Avqust 2022    
Ukrayna Prezidenti Volodimir Zelenski BMT-ni Rusiyanın ukraynalı məhbuslarla bağlı beynəlxalq hüquqa riayət etməsini təmin etməyə çağırıb.

Ordu.az xəbər verir ki, Zelenski BMT-nin baş katibi Antoniu Quterreşlə görüşündən sonra belə bəyanatla çıxış edib.

"Mən baş katibi Rusiyanın əsirlərlə bağlı beynəlxalq hüququn bütün normalarına əməl etməsini təmin etmək üçün BMT-nin bütün imkanlarından istifadə etməyə çağırdım. Biz Yelenovkaya missiya göndərməyi müzakirə etdik", - Prezident deyib.

O, həmçinin vurğulayıb ki, Yelenovkada 50-yə yaxın ukraynalı hərbi əsirin öldürüldüyü terror aktı ilə bağlı tam həqiqəti müəyyənləşdirmək lazımdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Quterreş  


Bizi "telegram"da izləyin