Rusiya qırıcılarının Finlandiyanın hava məkanını pozduğu iddia olunur

2022/02/78618-1645810162.jpg
Oxunub: 365     16:36     18 Avqust 2022    
Rusiyanın qırıcı təyyarələrinin Finlandiyanın hava məkanını pozduğu iddia olunur.

Ordu.az “Reuters” ə istinadən bildirir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyindən xəbər verilib.

Məlumata görə, 2 MiQ-31 qırıcı təyyarəsi Finlandiya körfəzindəki Porvoo sahil şəhəri yaxınlığında hava məkanını pozublar.

Rabitə rəhbəri Kristian Vakkuri “Reuters”ə bildirib ki, təyyarə 2 dəqiqə ərzində Finlandiya hava məkanında olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Finlandiya  


Bizi "telegram"da izləyin