Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi yaradır

2022/08/62fe2-1660823414.jpg
Oxunub: 5051     15:41     18 Avqust 2022    
Ermənistan Milli Təhlükəsizlik Xidməti dövlət sərhədində yeni keçid məntəqələrinin yaradılması ilə bağlı yeni qərar layihəsini yayımlayıb.

Ordu.az xəbər verir ki, məlumat Ermənistanın hüquqi akt layihələrinin dərci üçün nəzərdə tutulan vahid internet saytında yayılıb.

Qərar Ermənistan hökumətinin avqustun 4-də keçirilən iclasında baş nazir Nikol Paşinyanın verdiyi tapşırıqların icrasını təmin etmək zərurətindən irəli gəlir.

Layihədə qeyd olunur ki, Ermənistan MTX-nin direktoru qərar qüvvəyə mindikdən sonra iki həftə müddətində şəxslərin, malların və nəqliyyat vasitələrinin keçid məntəqələrindən keçirilməsi ilə bağlı təhlükəsizliyi tənzimləyən hüquqi aktın qəbulunu təmin etməlidir.

Layihədə Ermənistan dövlət sərhədinin keçid məntəqələrinin aşağıdakı kimi müəyyən edilməsi təklif edilir:

Zod (Kəlbəcər rayonunda)
Arazdəyən (Sədərək rayonunda)
Qoşundaş (Qubadlı rayonu, Eyvazlı kəndində)

Layihə sentyabrın 2-dək ictimai müzakirəyə açıqdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Eyvazlı  


Bizi "telegram"da izləyin