Mk41 şaquli raket buraxılış sisteminin quru versiyası hazırlanır

2022/08/MRC-7-1660818615.jpg
Oxunub: 830     16:55     19 Avqust 2022    
ABŞ tərəfindən dəniz platformaları üçün hazırlanmış Mk41 şaquli raket buraxılış sisteminin quru versiyası hazırlanır.

Ordu.az xəbər verir ki, sistem “Lockheed Martin” şirkəti tərəfindən istehsal ediləcək.

Gələn ilin sonuna qədər ABŞ Ordusuna təhvil veriləcək orta mənzilli “yer-yer” raketi SM-6 və “Tomahawk” raketlərindən istifadə edəcək.

Tomahawk uzun mənzilli səsdən aşağı sürətlə hərəkət edən qanadlı raketdir. Döyüş başlığının çəkisi təxminən 450 kiloqram olan raket 1500+ kilometr mənzilə malikdir.

SM-6 raketi sabit qanadlı təyyarələr, helikopterlər və qanadlı raketlər kimi hava ilə hədəflərini məhv etməklə yanaşı, terminal pilləli ballistik raketləri də zərərsizləşdirə bilir. Raketin uçuş məsafəsi haqqında dəqiq məlumat yoxdur. Məlumata görə, raketin uçuş məsafəsi 240-460 km arasında dəyişir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tomahawk   ABŞ  


Bizi "telegram"da izləyin