Qətərə “Eurofighter Typhoon” qırıcısı təhvil verilib

2022/08/1660818522.jpg
Oxunub: 501     16:55     18 Avqust 2022    
Britaniyanın “BAE Systems” şirkəti Qətər Silahlı Qüvvələrinə ilk “Eurofighter Typhoon” qırıcısını təhvil verib.

Ordu.az xəbər verir ki, şirkətin Böyük Britaniyanın Uorton şəhərindəki müəssisəsində təqdimat mərasimi keçirilib.

“Typhoon” təyyarəsi qrafikə uyğun təhvil verilib və bu ayın sonunda Böyük Britaniyadan Dohaya aparılacaq.

“BAE Systems” və Böyük Britaniya Qətərin “Eurofighter” təyyarələri və qabaqcıl “Hawk” reaktiv təlim təyyarələri almaq üçün 5 milyard avroluq (5,08 milyard dollar) proqramı çərçivəsində çatdırılmanı “əhəmiyyətli mərhələ” kimi qiymətləndirirlər.

Böyük Britaniya, Almaniya, İspaniya və İtaliya tərəfindən birgə hazırlanmış “Eurofighter Typhoon” yerüstü hücum qabiliyyətinə malik, delta qanadlı təyyarədir.

10,95 metrqanad açılımı olan təyyarə 16,7 kilometr yüksəklikdə səs sürətindən iki dəfə yüksək sürətlə hərəkət edə bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Typhoon   Qətər  


Bizi "telegram"da izləyin