Tayvan müasir döyüş təyyarəsini nümayiş etdirib

2022/08/1660818258.jpg
Oxunub: 508     16:11     18 Avqust 2022    
Tayvan administrasiyası müasir raketlərlə təchiz edilmiş yeni F-16V döyüş təyyarələrini nümayiş etdirib.

Ordu.az xəbər verir ki, Hualien əyalətinin şərqindəki aviabazada “döyüş hazırlığı” təlimində F-16V qırıcısının ABŞ istehsalı olan gəmi əleyhinə raketlə təchiz edildiyi müşahidə edilib.

Tayvan Hərbi Hava Qüvvələrinin məlumatına görə, altı F-16V gecə kəşfiyyatı və təlim missiyaları üçün havaya qalxıb.

“Çin kommunist qüvvələrinin son hərbi təlimlərinin təhlükəsi qarşısında, biz milli təhlükəsizliyi təmin etmək üçün hər yerdə döyüş meydanları və istənilən vaxt təlim anlayışını formalaşdırmışıq”, - deyə açıqlamada bildirilir.

Noyabr ayında Tayvan ABŞ istehsalı olan F-16V-lərdən ibarət ilk eskadriliyanı işə salıb.

F-16V qırıcılarının satılmasına Tramp administrasiyası razılıq verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AB>   Tayvan  


Bizi "telegram"da izləyin