Türkiyə Sahil Mühafizəsi Komandanlığına 164 yerli kater təhvil verilib

2022/08/Photo-1660817633.jpg
Oxunub: 621     14:51     18 Avqust 2022    
Türkiyə Sahil Mühafizəsi Komandanlığına 164 yerli istehsal edilən kater təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

O, katerlərin Sahil Mühafizə Komandanlığına və Dəniz Polisinə təhvil verildiyini açıqlayıb.

“Sahil Mühafizə Komandanlığımız üçün 107 və polis qruplarımız üçün 57 olmaqla cəmi 164 kater təhvil verilib. Ümid edirəm ki, bir çox xüsusiyyətləri olan katerlər həm ölkəmizə, həm də millətimizə xeyir verəcək”, - deyə nazir bildirib.

Bundan əvvəl Türkiyənin Sahil Mühafizə Komandanlığına yerli istehsal “Uçbey” PUA-ları təhvil verilib. Buludaltı hündürlükdə fəaliyyət göstərən PUA-lar Komandanlığın axtarış-xilasetmə işlərinə dəstək verəcək.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Sahil-Komandalıq  


Bizi "telegram"da izləyin