KİV: Qərb Rusiya nümayəndələrinin BMT-dəki etimadnaməsini ləğv etməyə cəhd edə bilər

2022/07/1658764311.jpg
Oxunub: 464     08:55     18 Avqust 2022    
Rusiyanın Ukraynada hərbi əməliyyatının davam etməsi fonunda Qərb dövlətləri BMT-də Rusiyaya zərər verməyə cəhd edə bilər.

Ordu.az“Reuters”ə istinadən xəbər verir ki, Rusiya tərəfi BMT Təhlükəsizlik Şurasının üzvü olduğu və veto hüququna malik olduğundan Qərbin təşkilatda Moskvaya hücum etmək imkanları o qədər də çox deyil.

“Seçim Rusiya nümayəndələrinin səlahiyyətlərini geri götürmək ola bilər, lakin bunun üçün Baş Assambleya üzvlərinin əksəriyyətinin dəstəyi lazımdır”- deyə, məlumatda vurğulanıb.

Bildirilib ki, rəsmi Kiyev Moskvanın BMT-dən çıxarılmasını fəal şəkildə tələb edib, lakin belə bir ssenarinin həyata keçirilməsi Rusiyanın təşkilatın Təhlükəsizlik Şurasına üzvlüyünə görə faktiki olaraq mümkün deyil. Rusiya nümayəndələrindən etimadnamələrin geri alınmasına gəlincə, agentliyin analitiklərinin fikrincə, bu işə yaraya bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Ukrayna  


Bizi "telegram"da izləyin