“Çinin addımları Tayvan ətrafındakı status-kvonu sarsıdıb” - Prays

2021/07/4bxy5-1627542954.jpg
Oxunub: 302     07:11     18 Avqust 2022    
Pekinin hazırkı addımları Tayvan ətrafındakı status-kvonu sarsıdır və həmçinin regionda sülh və sabitliyi təhdid edir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Ned Prays bildirib.

“Bir az əvvəl qeyd etdiyim hərəkətlər əlavə risklər daşımaqla yanaşı, Tayvan boğazında sülh və sabitliyin təməli olan status-kvonu sarsıtdı. Hal-hazırda gördüklərimiz bu səylərin intensivləşdirilməsinin yalnız ilkin mərhələləri kimi görünür” , - deyə Prays bildirib.

Amerika diplomatının nöqteyi-nəzərindən hərbi çəkindirmə taktikasının miqyasının görünməmiş səviyyəyə yüksəlməsi və Çin tərəfindən Tayvana qarşı iqtisadi təzyiq taktikasının tətbiqinin artması müşahidə olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tayvan  


Bizi "telegram"da izləyin