Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Ned Prays bildirib.
“F-16 qırıcılarının texniki xidmətləri üçün Türkiyənin tələbi ilə görüşlər davam edir. Türkiyə nümayəndə heyəti bununla bağlı müzakirələr aparmaq üçün ABŞ-a gəlib. Biz Konqresə rəsmi məlumat verilməyənə qədər iddia edilən hərbi transferləri açıq şəkildə şərh etmirik və ya təsdiq etmirik” , - deyə Prays vurğulayıb.
O, Türkiyə hökumətinin ABŞ-la hərbi-texniki əməkdaşlıq sahəsində gələcək niyyətlərini birbaşa Ankaradan aydınlaşdırmağı təklif edib.
Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri aldıqdan sonra ABŞ Ankaraya təzyiq göstərməyə başlayıb və ona beşinci nəsil F-35 təyyarələrini satmaqdan imtina edib.
Daha sonra ABŞ Konqresinin Nümayəndələr Palatası (Aşağı Palata) ölkənin təkmilləşdirilmiş “F-16” qırıcılarının və “F-16” modernləşdirmə dəstlərinin Türkiyəyə satışını məhdudlaşdıran qanun layihəsini təsdiqləyib.
Ordu.az