İsveçrə Yanukoviç və oğluna qarşı sanksiyalar tətbiq edib

2022/03/Yanuk-1646217964.jpg
Oxunub: 436     01:43     18 Avqust 2022    
İsveçrə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və oğlu Aleksandrı sanksiya siyahısına daxil edib.

Ordu.az xəbər verir ki, bu barədə İqtisadiyyat üzrə Dövlət Katibliyinin dərc etdiyi məlumatda yer alıb.

Qeyd olunub ki, eks-prezident və oğlu Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini, habelə bu dövlətin sabitliyini və təhlükəsizliyini təhdid edən hərəkət və ya siyasətin dəstəklənməsinə görə məsuliyyət daşıyırlar.

Sanksiyalar İsveçrəyə girişin qadağan edilməsini, həmçinin, əgər varsa, ölkədəki aktivlərin bloklanmasını əhatə edir.

Yanukoviç və oğluna qarşı oxşar tədbirləri Avropa İttifaqı avqustun 4-də tətbiq edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveçrə   Ukrayna  


Bizi "telegram"da izləyin