Ordu.az xəbər verir ki, Türkiyə XİN-dən məlumat verilib.
Bəyanatda bildirilib ki, Əfqanıstanın paytaxtı Kabil şəhərində məsciddə törədilən terror aktı nəticəsində çoxlu sayda insanın həyatını itirməsi və onlarla insanın yaralanması Türkiyəni dərindən kədərləndirir:
"Biz bu qeyri-insani terror aktını ən kəskin şəkildə pisləyirik. Həyatını itirənlərə Allahdan rəhmət, dost əfqan xalqına başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirik".
Ordu.az