Böyük Britaniya G7 ölkələrini Çinə texnologiya ixracını dayandırmağa çağırıb

2022/06/2d1f2-1656347190.jpg
Oxunub: 472     21:45     17 Avqust 2022    
G7 ölkələri regionda təhlükəsizliyi təmin etmək üçün Çinə texnologiya ixracını məhdudlaşdırmalıdır.

Ordu.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Belfastda hakim Mühafizəkarlar Partiyasının üzvləri ilə görüşündə deyib.

"Bizə qarşı istifadə oluna biləcək texnologiyanı ixrac etməyəcəyimizə əmin olmalıyıq”, deyə Trass bildirib.

Bundan əlavə, XİN rəhbəri Çinin avtoritar rejimə malik ölkə olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Çin hakimiyyəti yeni silah növləri yaratmaq üçün texnoloji nailiyyətlərdən istifadə edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   G7  


Bizi "telegram"da izləyin