Ordu.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq çərşənbə günü Brüsseldə Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
“Biz dərhal BAEA müfəttişlərinin stansiyaya buraxılmasını və Rusiya qoşunlarının çıxarılmasını təmin etməyə çağırırıq. Çünki AES ətrafındakı vəziyyət Ukrayna, qonşu ölkələr və beynəlxalq ictimaiyyət üçün ciddi risklər yaradır”, - o deyib.
Qeyd edək ki, Ukraynanın Zaporojye şəhərindəki eyniadlı AES hazırda Rusiya qoşunlarının nəzarətindədir.
Ordu.az