Mali Fransanı terrorçuları dəstəkləməkdə ittiham edib

2021/03/7287d-1617009760.jpg
Oxunub: 495     21:23     17 Avqust 2022    
Malinin xarici işlər naziri Abdulay Diop Fransanı terrorçuları silahla təmin etməkdə ittiham edib.

Ordu.az xəbər verir ki, bu barədə Fransanın RFI radiostansiyası məlumat yayıb.

XİN başçısı bununla əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

A.Diop bildirib ki, Fransa Malinin hava məkanını mütəmadi olaraq pozur: "Fransa Malinin hava məkanına daxil olaraq terrorçu qruplar üçün kəşfiyyat məlumatları toplayır və onlara hava yolu ilə silah-sursat göndərir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mali   Fransa  


Bizi "telegram"da izləyin