BMT Baş katibi Ukraynaya səfər edib

2022/04/72636-1650222132.jpg
Oxunub: 319     19:05     17 Avqust 2022    
BMT-nin Baş katibi Antonio Quterreş Ukraynanın Lvov şəhərinə səfər edib.

Ordu.az xəbər verir ki, bu barədə “Russian Today” Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikə istinadən məlumat yayıb.

Qeyd edək ki, Baş katibin səfər çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşləri nəzərdə tutulur.

Quterreş avqustun 19-da Odessaya səfər edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Ukrayna  


Bizi "telegram"da izləyin