Erməni ekspert: “Əgər danışıqlar apara bilmirlərsə, o zaman şüurlu və könüllü şəkildə getməlidirlər”

2022/08/image-1660736300.jpg
Oxunub: 439     13:48     18 Avqust 2022    
“Bizim dövlət qurumları son 3 ildə göstərdi ki, biz hər zaman informasiya tələb etmək məcburiyyətindəyik və onlar təşəbbüskar deyillər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan “Beynəlxalq İnsan İnkişafı Mərkəzi”nin rəhbəri Tevan Poğosyan deyib.

O qeyd edib ki, 2018-ci ildən həmin institutlar bunun bir daha baş verməyəcəyinə dair söz veriblər.

Poğosyan yeni imzalanacaq sənəddə nə olduğunu bilmədiyini deyib.

“İndi o sənəddə nə olacağını bilmirəm. Deyirlər ki, üçtərəfli sənəd olacaq, nəyi düzəldəcəklər? Biz hamımız 9-10 noyabr tarixli üçtərəfli sənədə və orada təsbit olunmuş müddəalara baxırıq. Bütün reaksiyalara nəzər salsaq, Azərbaycan öz ilkin şərtlərini irəli sürür.

Hakimiyyət yeni məğlubiyyətlər gətirəcək. İndiyə qədər real həyatımızda heç bir gözlənti özünü doğrultmayıb. Deyirdilər ki, 9 noyabrdan başqa sənəd yoxdur, amma şifahi anlaşmalar var, sonra dedilər ki, yazılı deyil, sonra yenə də razılaşmalar başqa məntiq çərçivəsindədir. Heç nə gözləmək lazım deyil”, - deyə ekspert bildirib.

Poğosyan deyir ki, Ermənistan hakimiyyəti dünya ictimaiyyətindən və Rusiyadan narazılığını bildirir, onlar cavab vermir, susur, heç nə demir.

“Əgər danışıqlar apara bilmirlərsə, o zaman şüurlu və könüllü şəkildə getməlidirlər”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin