“Rusiya Nikol və ətrafının davranışına görə çox gərgindir” - Qabrelyanov

2021/02/aram--1613986999.jpg
Oxunub: 562     15:42     17 Avqust 2022    
“Nikol və ətrafının davranışına görə Rusiyada çox gərgindirlər. Paşinyanın ABŞ Dövlət Departamenti ilə birbaşa məxfi əlaqələri üzə çıxıb”.

Ordu.az xəbər verir ki, bunu rus-erməni media maqnatı Aram Qabrelyanov “Telegram” kanalında yazıb.

O qeyd edib ki, Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması və Qarabağ məsələsi üzrə baş nazirin müavini Qriqoryan, xarici işlər naziri Mirzoyan və spiker müavini Rubinyanın apardığı bütün danışıqlar Paşinyanın özünə ötürülür.

“Nikol bütün bu sənədləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryana verir, o da amerikalılara ötürür”, - deyə Qabrelyanov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin