Ordu.az xəbər verir ki, türkiyəli nazir mətbuat konfransında həm Azərbaycanda, həm də Özbəkistanda keçirdiyi toplantılar barədə qırğız həmkarını məlumatlandırdığını söyləyib.
“Terrorla mübarizə barədə də danışdıq. Terrorla mübarizəyə dair andımız var. Mübarizəmizi sonadək davam etdirəcəyik. Terrorun Qırğızıstan üçün təhdid olmasını istəmirik. Ukraynadakı, Əfqanıstandakı durumu, həmçinin digər regional və ikitərəfli məsələlər barədə fikir mübadiləsi apardıq. Türk Dövlətləri Təşkilatının gələcəyini müzakirə etdik”, - M.Çavuşoğlu bildirib.
Ordu.az