“Təxminən 6 ailə Laçını tərk edib, 60-dan az ailə qalıb”

2022/08/timth-1660735764.jpg
Oxunub: 986     21:54     17 Avqust 2022    
Laçın şəhəri, Sus və Zabux kəndlərində qanunsuz məskunlaşan ermənilər avqustun 25-dək yaşayış məntəqələrini tərk etmək üçün əşyalarını yığırlar.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Qondarma qurumun Laçındakı “nümayəndə”si Narek Aleksanyan bildirib ki, artıq ermənilər əşyalarının bir hissəsini daşıyıblar, qalan hissəsi qalıb.

Onun sözlərinə görə, yüklərin daşınması üçün maliyyə dəstəyi verilib.

Aleksanyan bildirib ki, Laçında bəziləri evlərini yandırmaq istəyir. O qeyd edib ki, təxminən 6 ailə, 10-12 nəfər şəhəri tərk edib. Ailələrdən 2-si Xankəndiyə, qalanı Ermənistana gedib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Laçın   Zabux  


Bizi "telegram"da izləyin