“Hraparak” nəşri hadisə ilə bağlı bir neçə versiya səsləndirib:
Terrorizm
Nəşr bildirir ki, Nikol Paşinyanın hakimiyyəti dövründə Ermənistan “köhnə saray”a çevrilib. Xarici agentlər və xarici ölkələrin vətəndaşları burada sərbəst gəzirlər. Bu və ya digər yerdə bombanın olması ilə bağlı tez-tez həyəcan siqnalları verilir. “Surmalu”da baş verənlərə paralel olaraq metrodan və zooparkdan vətəndaşlar təxliyə olunub. Bir sözlə, terrorizm fərziyyəsi istisna olunmur.
Qrzo fərziyyəsi
“Surmalu”nun yanında məşhur erməni oliqarx-deputat Xaçatur Sukiasyan Qrzoya məxsus obyekt var. Deyilənə görə, uzun müddətdir ki, “Surmalu”nun ərazisini ələ keçirmək istəyir, amma alınmırdı.
Sosial şəbəkələrdə belə bir fikir yayılır ki, bu partlayış Qrzo ilə əlaqəli olub. Bu fərziyyənin nə dərəcədə doğru olduğunu zaman göstərəcək. İstənilən halda “Surmalu” ərazisinin taleyi nə olacaq, həmin ərazidə nə olacaq, onu izləmək lazımdır. Gələcəkdə Qrzonun həmin ərazidə bizneslə məşğul olduğu ortaya çıxarsa, “Surmalu”nun niyə partladığını təxmin etmək çətin olmayacaq.
Paşinyan hökuməti kapitalın yığılması mərhələsindədir, əmlakın geniş miqyaslı yenidən bölüşdürülməsi baş verir və bütün bunların fonunda “Surmalu”nun partladılması nəzəriyyəsi tərəfdarlarının arqumentləri güclənir.
Nikol hipotezi
Belə bir fikir var ki, bunu hakimiyyət təşkil edib. İdarə edilə bilən xaos vasitəsilə ölkədə qorxu mühiti yayılır və Ermənistan ərazilərinin gözlənilən təhvil verilməsi fonunda insanları sırf öz həyatları və öz təhlükəsizlikləri haqqında düşünməyə məcbur etməyə cəhd edilir.
Bu versiyanın müəllifləri Paşinyandan hər şeyin gözlənildiyini iddia edirlər. Son 4 ilin təcrübəsinə əsasən, həmin fərziyyənin müəllifləri ilə mübahisə etmək çətindir.
İdarəetmənin problemli olması
Nəşr qeyd edir ki, bu hipotez daha məntqilidir. Filosof Rasselin dediyi kimi, bütün pisliklərin səbəbi cəhalətdir. Cahil hakimiyyətin məsələsində istər sərhəddə, istərsə də İrəvanın mərkəzində hər şey risk altındadır.
Alpər Mövludoğlu
Ordu.az