Keçmiş erməni döyüşçü: "Bir tərəfdən Çəmbərək bölgəsinə, sağ tərəfdən isə Dərələyəz və Soylana zərbə endirəcəklər"

2022/08/1660735312.jpg
Oxunub: 1448     20:33     17 Avqust 2022    
Avqustun 5-də qondarma qurumun "nümayəndəsi" Hayk Xanumyan Laçında şəhərində olub və sakinlərə məlumat verib ki, onlar Laçın və Zabuxu avqustun 25-dək tərk etməlidirlər, çünki həmin gün Rusiya sülhməramlıları Laçını tərk edəcəklər və orada Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri məskunlaşacaqlar.

Hayk Xanumyan sakinləri evlərini yandırmamağa çağırıb, Çərəkdarı misal çəkərək bildirib ki, müharibə zamanı kəndin rəqibə qalacağını düşünən sakinlər kəndi tərk edərək mənzillərini yandırıblar.

Çərəkdardan olan keçmiş erməni döyüşçü Aşot Sevyan Hayk Xanumyanın Çərəkdar sakinlərinin evləri yandırıb getməsi ilə bağlı açıqlamasına toxunaraq qeyd edib ki, Hayk Xanumyan əvvəldən Çərəkdarın təslim edilən kəndlər arasında olduğunu bilib.

"Rəqib Həsənriz-Xankəndi, Həsənriz-Vəng sektorlarını, sonra "Yeğnikner" adlanan hissəni kəsməyə çalışır, digər tərəfdən isə Fərrux vasitəsilə Əsgəran-Xankəndi sektorunu kəsiblər, bundan hələ də səs yoxdur. Məncə, Nikol İlham Əliyevin təklif etdiyi proqramları həyata keçirir. Bu, artıq sondur, güzəştə gedərək hara çatacağıq? Kəlbəcərdə, Alagöllərdə “Lora” və “Smerç” sistemi quraşdırılıb, heç kəs “Smerç”in Basarkeçəri tutmaq üçün olduğunu düşünmür, uzaq mənzilli raket sistemidir, onların məqsədi başqa yerdir. Bir tərəfdən Çəmbərək bölgəsinə, sağ tərəfdən isə İstisu (Dərələyəz mahalı) və Soylana zərbə endirəcəklər, düz Göyçə-Aşağı Axtaya qədər zərbə endirmək iqtidarındadırlar. Sabah hökumət yenə elan edəcək ki, əzizlər, biz bunu saxlaya bilmədik. Dostlarıma demişəm, uşaqlar, rusları və başqalarını unudun, bu gün buradayıq, özümüzü müdafiə etməliyik. Hər birimiz arabanı öz tərəfimizə çəkirik, heç kəs ölkə haqqında düşünmür", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Dərələyəz  


Bizi "telegram"da izləyin